LAYİHƏ MENECERİ

700 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs PROTON
Telefon (050) 990-66-00
E-mail info@proton.az
Elanın tarixi 29-09-2021
Bitmə tarixi 29-10-2021
İş barədə məlumat

Nə iş görəcəyini bizdən soruşmayıb, əksinə bizə nə iş görməli olduğumuzu deyən, "çətin" müştərilərlə "asan" ünsiyyət quran, vaxtı, işi, lazım olsa, komandanı da bölüb idarə edən, TASK MANAGER olmadan işləyə bilməyən layihə meneceri axtarırıq.

- Komanda ilə müştərilərin əlaqəli işləməsinin təmini, işin gedişinə nəzarət
- İşlərin komanda arasında düzgün bölüşdürməsi və icrasına nəzarət
- Mütəmadi müştərilərlə ünsiyyət, plana uyğun olaraq müştərilərlə görüşlərin keçirilməsi
- Aylıq olaraq müştərilərlə və daxili komanda ilə iş üzrə təkliflər hazırlamaq
- Müştərilərin rəqiblərinin mütəmadi təhlili və təkliflərdə nəzərə alınması
- Yeni trendləri izləmək, daim işin detalları barədə məlumatlı olmaq, təşəbbüskar olmaq
- Komandanın inkişafını nəzarətdə saxlamaq, təlimlər tapmaq
- Yeni markalar üçün araşdırma aparmaq, təkliflər hazırlamaq
- Problemli situasiyalarda həll təklif etmək
- Hesabatların hazırlanması; (Reklam hesabatı, görülən işlərə dair təqdimat, qoyulan hədəflər üzrə nəticələrin təqdimi və s.)
- İş saatları: B.e - Cümə 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Rəqəmsal platformalarla iş təcrübəsi, analitik təhlilləri edə bilmək, hesabatlar hazırlamaq
- Kreativ komanda ilə müştəri təmsilçiləri arasında düzgün iş bölgüsünün aparılması üçün “task management” proqramlarından aktiv istifadə
- Ümumi marketinq barədə məlumatlı olması üstünlükdür
- Yaradıcı yanaşma, ünsiyyətcil olmaq
- Agentlik təcrübəsi və “team leader” təcrübəsi namizəd seçimində ciddi üstünlük sayılacaq
- Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis dili (orta)

Komandamıza qoşulmaq istəyən uyğun namizədlər sayt yazmaq olmaz! mailinə “Project Manager” başlığı ilə öz CV-lərini göndərə bilərlər.

Ünvan: Ə.Rəcəbli 156A. Aynalı plaza.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.