KREDİT MÜTƏXƏSSİSİ ÜZRƏ TƏCRÜBƏ PROQRAMI

300 - 400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Vasif İbrahimov
Telefon (012) 447-10-00
E-mail vakansiya@glmmc.az
Elanın tarixi 26-10-2023
Bitmə tarixi 26-11-2023
İş barədə məlumat

Şirkət haqqında:
- 2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir
- Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır
- Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir
- İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdən
GL ASC-dən Bakı və regionlarda yerləşən (Gəncə, Şəmkir, Tovuz, Qazax, Şirvan, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Masallı, Lənkaran, Astara, Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Mingəçevir, Ağdaş) filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı
- Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik

Öhdəliklər:
- Təlimlərdə aktiv iştirak etmək
- Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
- Təlimçi və mentorla interaktiv işləmək
- Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirməkdir

Namizədə tələblər

- Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
- Karyerasını satış işində görmək
- Öyrənməyə açıq olmaq
- Hədəflərlə işləməyi bacarmaq
- Pozitiv ünsiyyət bacarığı
- Komandada işləməyə meyilli olmaq

Sizə nə vəd edirik:
- Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı
- Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
- Ə/h+bonus

Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər

Maraqlanan şəxslər sayt yazmaq olmaz! ünvanına “təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq cv-lərini göndərə bilərlər

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.