KORPORATİV SATIŞLAR ÜZRƏ MENECER (QİDA VƏ İÇKİ SAHƏSİ)

500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 35 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Sinteks
Telefon (050) 295-89-07
E-mail recruitment@sinteks.com
Elanın tarixi 28-07-2022
Bitmə tarixi 28-08-2022
İş barədə məlumat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Korporativ Satışlar üzrə Menecer (Qida və İçki Sahəsi) tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu
Bu rol brendin korporativ satışlarını təşkil edir.
Vəzifə öhdəlikləri:
- Korporativ satışları təşkil edir və artırır
- Məhsulların kataloqunun vaxtı-vaxtında təkmilləşdirir
- Klient bazasını təşkil edir və artırır
- Təyin olunmuş potensial müştərilər ilə görüşür və məhsullar barəsində prezentasiya və kataloq vasitəsi ilə məlumat verir, onların tələblərinə uyğun məhsul təklif edir
- Bazarda olan trendləri izləyir və ona uyğun məhsulları istehsalata sifariş edir
- Sifarişlərin müştərilərə çatdırılmasını təşkil edir
- Sifariş olunan məhsulların keyfiyyətinə nəzarət edir

Namizədə tələblər

Əsas tələblər:
Təhsil:
- Müvafiq sahədə bakalavr dərəcəsi arzuolunandır
Təcrübə:
- Müvafiq sahədə (qida sektorunda) ən az 1 il iş təcrübəsi
Professional Biliklər:
- Rus dili mükəmməl
- MS Office proqramlarını yaxşı bilmək
Professional Bacarıqlar və Kompetensiyalar:
- İdarəetmə bacarığı
- Ünsiyyət bacarıqları
- Danışıqların aparılması
- Təqdimat bacarıqları
- Analitik düşüncə

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2022 года.