İş barədə məlumatAvropa Yenidənqurma və İnkişafı Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Sahibkarın Məsləhət Evi» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatı, marketinq və bazar araşdırılması, iqtisadı-hüquqi və qiymətləndirmə sahələrində sahibkarlara konsaltinq xidməti göstərir(web: https://smeltd.az/)
SME şirkətinin öz sahəsində daim inkişaf etməsi üçün istedadlı işçilərin seçilməsi, təlimləndirilməsi və dinamik inkişafı kadr siyasətimizin əsas məqsədidir
- Bazarın təhlilini, korporativ müştəri haqqında informasiyanın toplanılmasını və yeni müştərilər ilə əlaqənin qurulmasını təmin etmək
- Potensial müştərilərin axtarılması və yeni müştərilərin cəlb edilməsini həyata keçirmək
- Aylıq satış planını həyata keçirmək
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin xidmətlərinə dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- İnternet və digər kanallar üzərindən potensial müştəri axtarışını təmin etmək
İş şəraiti:
- Əmək haqqı: fiks 600 + Satışdan bonuslar
- İş vaxtı: həftənin 5 günü
- Saat 09:00-dan - 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Ünvan: Afyəddin Cəlilov 26
Namizədə tələblər
- Satış sahəsində 3-5 il iş təcrübəsi
- Rus dili səlis (mütləqdir),İngilis dili - əla
- Satış sahəsində geniş bacarıqlara malik olan
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı
- Marketing, satış üzrə teorik və pratik biliklərə sahib olan
- Şirkətin iş proseslərinə uyğun qaydada və komanda ilə işləmə bacarığı
- İşinə qarşı məsuliyyətli yanaşmaq
- İş prosesində müəssisə rəhbərliyinin tapşırıqlarını vaxtında və lazımi qaydada icra etmək
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Korporativ satış üzrə mütəxəssis” adını qeyd etməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır
Email: sayt yazmaq olmaz!