KORPORATİV SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS

800 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Aynur x
Telefon (012) 533-01-11
E-mail hr@smeltd.az
Elanın tarixi 30-05-2023
Bitmə tarixi 30-06-2023
İş barədə məlumat

Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.

İş barədə məlumat:

- Bazarın təhlilini, korporativ müştəri haqqında informasiyanın toplanılmasını və yeni müştərilər ilə əlaqənin qurulmasını təmin etmək
- Potensial müştərilərin axtarılması və yeni müştərilərin cəlb edilməsini həyata keçirmək
- Aylıq satış planını həyata keçirmək
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin xidmətlərinə dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını təmin etmək

İş şəraiti:
- Əmək haqqı: 800-1500 + Satışdan Bonuslar
- İş vaxtı: həftənin 5 günü
- Saat 09:00-dan - 18:00-dək
- İstirahət günləri: şənbə və bazar
- Ünvan: Afyeddin Cəlilov 26

Namizədə tələblər

- Dil bilikləri: Rus dili və İngilis dili səlis bilməli (mütləqdir)
- Satış sahəsində geniş bacarıqlara malik olan
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı
- Marketing, satış üzrə teorik və pratik biliklərə sahib olan
- Şirkətin iş proseslərinə uyğun qaydada və komanda ilə işləmə bacarığı
- İşinə qarşı məsuliyyətli yanaşmaq
- İş prosesində müəssisə rəhbərliyinin tapşırıqlarını vaxtında və lazımi qaydada icra etmək

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi sayt yazmaq olmaz!  elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Korporativ satış üzrə mütəxəssis” adını qeyd etməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.