KORPORATİV SATIŞ ÜZRƏ MENECER

500 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs "Indigo" MMC poliqrafiya şirkəti
Telefon (012) 596-17-14
E-mail kadr@indigo.az
Elanın tarixi 30-05-2023
Bitmə tarixi 30-06-2023
İş barədə məlumat

- “İindigo” MMC Azərbaycan mətbəə bazarında 40 ildən artıq təcrübəyə malik olan, ölkənin ən böyük mətbəələrindən biridir
- Bizim müasir standartlarla inşa edilmiş fabrikimiz, ən son texnologiyaya məxsus avadanlıq parkımız var. Bu da bizə keyfiyyətli və sürətli işləməyə və müştərilərin ehtiyaclarını çevik şəkildə qarşılamağa imkan verir
- Hal-hazırda şirkətdə 90-dan artıq işçi çalışır
- Hər bir işçimiz unikaldır və biznesin inkişafına böyük töhfə verir - məhsula və proseslərə birbaşa təsir etmək qabiliyyətinə malikdir
- Onu da deyək ki, səmimi iş atmosferimiz var
- Şirkətdə çalışanların 40%-dən çoxu 15 ildən artıqdır ki, bizimlədirlər. Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; mətbəə sahəsində işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq
- Məntiqi düşüncə tərzi, ünsiyyət bacarıqları çox vacibdir!
- Bizim menecerimiz, yəni sən, satış işi ilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən
- Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil - çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən
- Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan
- Kifayət qədər iddialısan və böyümək istəyirsən
- Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən

Namizədə tələblər

Öhdəliklər:
- Daimi müştəriləri qoruyub saxlamaq
- Yeni koporativ müştəriləri cəlb etməkı
- Aylıq iş planına uyğun olaraq müştəri ziyarətləri həyata keçirmək
- Müştəri bazasına mütəmadi olaraq yenilik və əlavələr etmək
- Kommersiya təkliflərini hazırlamaq və müştərilərə göndərilməsini təmin etmək
- Aylıq satış hədəf və planlarını hazırlamaq və icrasını həyata keçirmək
- Müştəri narazılıqlarını aradan qaldırmaq

Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:
- CV - bənzər bir təcrübənin varlığına baxırıq
- Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
- Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
- Sifarişi müştəriyə keyfiyyətli və vaxtında çatdırmaq
- Satış planını mütəmadi yerinə yetirmək
- Sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq
- Satış texnologiyası üçün skriptləri birlikdə yaratmaq - uğurlu təcrübəni bölüşmək imkanın olacaq
- Menecerlərimizin aldıqları maksimum illik əmək haqqı (+ bonus) 20000 - 40000 AZN arası
- Amma sən daha yaxşı nəticələrə imza ata bilərsən
- Şəxsi maşınınızın olması arzu olunandır

- Yuxarıda yazılanlarda özünü görürsənsə – geri dönüş et!

- Aylıq fiks əmək haqqı: 500 AZN+bonus

- Bu linkə daxil ol və anket formasını doldur

- Onu da CV ilə birlikdə sayt yazmaq olmaz! ünvanına göndərməyi unutma.

Bizimlə iş şən və perspektivlidir!

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.