KORPORATİV SATIŞ MENECERİ

1000 - 2000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Aynur x
Telefon (012) 533-01-11
E-mail hr@smeltd.az
Elanın tarixi 04-02-2023
Bitmə tarixi 04-03-2023
İş barədə məlumat

Avropa Yenidənqurma və İnkişafı Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatı, marketinq və bazar araşdırılması, iqtisadı-hüquqi və qiymətləndirmə sahələrində sahibkarlara konsaltinq xidməti göstərir

- İşgüzar danışıqlar aparmaq qabiliyyəti, networking anlayışı, mövcud network-lərlə işləmə, upselling, cross-selling kimi satış artıran bacarıqlar, müştərilərlə görüş təşkil etmək, yeni müştərilərə şirkətin, satdığı mal və xidmətləri haqqında məlumat verən, bu işləri punktual və peşəkar yerinə yetirən şəxsləri dəvət edirik
- Mail izləmə, mail vasitəsi ilə təqdimatların göndərilməsi, mailin peşəkar cavablandırılması və mail ilə işləmə bacarığı olan
- Müştərilərlə əməkdaşlıqda şirkəti yüksək səviyyədə təmsil etmək
- Şirkətin korporativ satış strategiyasının effektliyinin artırılması məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək
- Aylıq satış planını həyata keçirmək
- Müştərinin axtarış kanallarında işləmə, yeni müştərilərin cəlb olunması, bütün satış prosesinin idarə edilməsi
- Verilən tapşırıqları vaxtında icra etmək, günlük, həftəlik və aylıq fəaliyyət planlamasını aparmaq, şirkət daxili proqramda qeyd etmək və işlərlə bağlı periodik hesabat vermək
- Punktual və məhsuldar işləmə bacarığı, firmanın korporativ brend dəyərinə uyğun dünya görüşünə və məlumat bazasına malik olmaq

- Əmək haqqı 1000-1500 AZN-dən başlayır + bonus
- Mühasibatlıq üzrə şirkətlərin cəlb edilməsi zamanı müqavilənin  25-40 % dəyərində və, digər birdəfəlik xidmətlər zamanı 5-20 % bonus nəzərdə tutulur, xidmətlərimiz haqqında ətraflı məlumatı saytdan əldə edə bilərsiz
- Nəqliyyat/Yanacaq və telefon xərcləri şirkət tərəfindən ödənilir
- İş vaxtı: həftənin 5 günü
- Saat 09:00-dan - 18:00-dək
- Ünvan: Akim Abbasov 1C, ofis 15 B

Maraqlanan şəxslərdən "Korporativ satış meneceri" başlığı altında CV-lərini [email protected] elektron ünvanına göndərməsi xahiş olunur. Namizəd seçimi yalnız elektron ünvana gələn CV-lər əsasında aparılır (CV-də şəkil mütləqdir)

Namizədə tələblər

- Effektiv dil bilgiləri (Azərbaycan və Rus dili əla səviyyədə olmalıdır; orta səviyyəli ingilis dili üstünlükdür)
- B2B satış sahəsində geniş bacarıqlara malik olan
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı), təqdimat bacarıqları, şirkətin xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək
- Müştəri yönülmü düşüncə tərzi. Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı
- Şirkətin iş proseslərinə uyğun qaydada və komanda ilə işləmə bacarığı
- Detallara fikir verən, Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq, məsuliyyətli

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.