KONTENT-MARKETOLOQ

0 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 0 - 0 yaş
Təhsil -
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Digital Classifieds
Telefon
E-mail hr@digit.az
Elanın tarixi 21-01-2022
Bitmə tarixi 21-02-2022
İş barədə məlumat

Digital Classifieds şirkəti istifadəçilər üçün yerli bazarda avtomobil, daşınmaz əmlak və ya digər məhsulların alqı-satqısı, eləcə də işədüzəlmə üçün geniş imkanları təmin edən 4 layihənin hazırlanması, dəstəyi və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Biz aşağıdakı tələb və şərtlərlə Kontent-Marketoloq vəzifəsi üzrə vakansiya elan edirik (Bakı şəhərində):

Öhdəlikləri:
- Şirkət üçün kontentin yaradılması;
- Şirkətin müsbət imicinin yaradılması və saxlanması;
- Bazardakı cari trendlərin monitorinqi və analizi;
- Müxtəlif marketinq təşəbbüsləri üçün faydalı və dəyərli kontentin hazırlanması;
- Reklam kampaniyaları üçün kreativin hazırlanmasında iştirak;
- Kontent strategiyasının hazırlanmasında iştirak;
- Hədəf auditoriyanın maraqlarının analitikası və müəyyən edilməsi (hazırkı və potensial müştərilər arasında);
- Kontent-planın formalaşdırılması;
- Məhsuldakı dəyişikliklərin monitorinqi və sosial şəbəkələrdə (o cümlədən digər yerlərdə) işıqlandırılması;
- Paylaşımlar üçün platforma və kanalların müəyyən edilməsi və kontentin kanallar üzrə paylanmasının təşkili;
- Sosial şəbəkələrin strategiyasının və formatının müəyyən edilməsi: kimin üçün? harada? nə haqda?
- Sosial şəbəkə səhifələrinin idarə olunması: Facebook, Instagram;
- Sosial şəbəkələrin irəlilədilməsi: ödənişli və ödənişsiz alətlər, kollaborasiyalar və s.

Şərtlər:
- Maraqlı və mühüm tapşırıqlar;
- Təcrübəli və inkişafınızda maraqlı olan kollektiv;
- Bakının mərkəzində ofis;
- Əmək haqqı müsahibə və sınaq tapşırığı (ehtiyac olarsa) əsasında müəyyən edilir.

Namizədə tələblər

- B2B və B2C istiqamətləri üzrə 2 ildən çox müvafiq iş təcrübəsi;
- Müxtəlif istifadə kanalları üçün kontent yaratma bacarığı (müxtəlif növlərdə və müxtəlif paylaşım kanalları üçün mütəxəssis və satış kontenti);
- Kopiraytinq təcrübəsi;
- Təşəbbüskarlıq, məsuliyyətlilik, diqqətcillik, məqsədyönlülük;
- Portfolionun olması (üstünlük verilir).

Namizədlərdən CV-lərini sayt yazmaq olmaz! email ünvanına 20 fevral, 2022-ci il tarixindən gec olmamaq şərtilə yollamaları xahiş olunur (məktubun başlığında vəzifənin adı – “Content Marketer” qeyd olunmalıdır). Müsahibəyə yalnız yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlər çağırılacaq.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.