KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ KİÇİK MÜTƏXƏSSİS

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər
Yaş 23 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs "APC" MMC
Telefon (050) 254-51-31
E-mail hr@apc.az
Elanın tarixi 15-09-2021
Bitmə tarixi 15-10-2021
İş barədə məlumat

Azerbaijan Poultry Company” MMC- nin yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə “Azerbaijan Poultry Company” MMC -nin qüvvədə olan standart və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək.
- “Azerbaijan Poultry Company” MMCn in işlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək
- Cari işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə üsul və təlimatların hazırlanmasında iştirak etmək
- Keyfiyyət menecmentinin sistemi çərçivəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi
- Keyfiyyətə nəzarət şöbəsi rəisinin göstərişi ilə Keyfiyyət Menecment Sistemi ilə bağlı olan məsələlər daxil olmaqla “Azerbaijan Poultry Company” MMC -nin normativ sənədlərinin hazırlanmasında iştirak edir
- “Azerbaijan Poultry Company” MMC- nin struktur bölmələrinin daxili auditində iştirak edir və daxili auidit proqramını əvvəlcədən marağlı tərəflərin nəzərinə çatdırır
- Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasında iştirak edir
- Rəhbərlik tərəfindən Keyfiyyət Menecment Sisteminin analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak edir
- Məlumatın analiz edilməsi, KMS proseslərinin və ümumilikdə KMS-in səmərəliyinin funksiyalaşdırılması prosesi haqqında hesabatların hazırlanmasında iştirak edir;Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək
- İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanmasını öyrənmək
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək
- Kommersiya sirlərini qorumaq
- Əmək məhsuldarlığını artırmaq, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq
6 günlük iş həftəsi
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir
- Əmək haqqı: 650 AZN (net)
- İş yeri: Ucar rayonu

Namizədə tələblər

- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili arzuolunandır
- Təhsili: ali
- Müəssisənin keyfiyyət menecmenti sisteminə HASSP ,İSO standart tələblərindən məlumatlı olmaq
- Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi
- Komandada işləmək bacarığına sahib olmalı
- Proqram təminatı: MS Office,
İSO 22000 standartının əsaslarını
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını