KARGÜZARLIQ ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Məhsəti Tağızadə
Telefon (012) 940
E-mail recruiting@ateshgah.com
Elanın tarixi 07-12-2021
Bitmə tarixi 07-01-2022
İş barədə məlumat

Əsas vəzifə öhdəlikləri
- Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparmaq, rəhbərliyə dərkənar üçün təqdim edmək, aidiyyəti şəxslərə sənədləri çatdırmaq;
- Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata almaq, göndərilməsini təşkil etmək;
- Şirkətin daxili normativ sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirmək;
- Etibarnamələrin qeydiyyatını aparmaq;
- Sənədlərin göndərilməsini təşkil etmək;
- Möhürlərin qeydiyyatını aparmaq;
- Tərcümə şirkətləri ilə iş aparmaq, sənədləri tərcüməyə təqdim etmək və təhvil almaq;
- Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00-dan 17:30-dək
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Sabit əmək haqqı ilk 3 ay sınaq dövrü ərzində: 450 azn
- Sınaq dövründən sonra: 500 azn

- Məlumatlandırıcı qeydlər
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Namizədə tələblər

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-dən yuxarı əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Kargüzarlıq şöbəsinin mütəxəssisi
Namizədə tələblər
- Yaş: 22-30
- Xanım namizədlər
- Təhsil: Ali
- İş təcrübəsi: kargüzarlıq sahəsində və ya Arxiv idarəsində olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
- Microsoft Office ( Word, Excel, Power Point proqramları), Arxiv proqramları

Şəxsi keyfiyyətlər
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini sayt yazmaq olmaz! -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kargüzarlıq şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur
“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.