İş barədə məlumat- Fərdi olaraq layihəni idarə etmək və uğurlu şəkildə nəticəyə çatmasını təmin etmək,
- Heyətin idarəedilməsi
- Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin etmək;
- Günlük, həftəlik və aylıq iş planlarının tərtib edilməsi, anbar hesabatlarının hazırlanmasını təmin etmək
- Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarının yaradılması
- Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq
- Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək
- Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək
- Layihə rəhbərin göstərişi ilə layihə planı, büdcə, cədvəl və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərinin idarə edilməsi
- Tapşırıqların qeyd edilməsi üçün onlayn sistemlərlə işləmək bacarığı
- Layihələrin idarə edilməsi, kadrların idarə edilməsi, risklərin idarə edilməsi və s. metodologiyalarını başa düşmək və düzgün şəkildə tətbiq etmək
- Görülən işlərin uçotunun aparılması və rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
- Qoyulan məqsədlərə nail olmaq üçün lazım olan resursları proqnozlaşdırmaq və səmərəli şəkildə idarə etmək
- İş qrafiki: bazar ertəsi-cümə saat 09:00-dan - 18:00-dək
Namizədə tələblər
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Ali təhsil, (Layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir)
- Dil bilikləri: Azərbaycan və ingilis dilləri – mükəmməl səviyyədə, rus dili – arzu olunandır
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı
- Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik