İSTEHSALAT RƏİSİ

800 - 1100 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 40 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Sadiq m.
Telefon (012) 449-64-32
E-mail hr@brandex.az
Elanın tarixi 20-05-2022
Bitmə tarixi 20-06-2022
İş barədə məlumat

- Şirkət obyektlərin dizaynı, layihələndirməsi, interyer və eksteryer işlərinin həyata keçirilməsi üzrə ixtisalaşaraq özündə mebel (stend, vitrin, dekorativ tərtibat), reklam (daxili və çöl), metal konstruksiyaların hazırlanması üzrə fəaliyyət göstərir
- İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etmək
- İstehsal fəaliyyətinin hazırlanan məhsulun və xidmətin keyfiyyətinin yüksəldilməsinə və müştərilərə xidmət mədəniyyətinin artırılmasına yönəldilməsi
- Keyfiyyət standartlarının və təhlükəsizlik qaydalarının planlaşdırılması və vaxtında təmin edilməsi
- Bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi
- İstehsal fəaliyyəti üzrə hesabatların vaxtında tərtib edilərək təqdim olunması
- Avadanlıqların və başqa əsas vəsaitlərin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, həmçinin onların qrafik üzrə baxımını təmin etmək
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi
- İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək

İş şəraiti:
- İş qrafiki 09:00 - 18:00, bazar və bayram günləri istirahət
- Rəsmi işə götürülməsi (əmək müqaviləsi bağlanılır)
- Maaşdan əlavə proyektlər üzrə bonus məbləğləri
- Əmək haqqı namizdəin bilik və bacarıqlarına görə dəyişilə bilər
- Müraciətlərə yalnız CV yolu ilə baxılır. Qeyd olunan tələblərə uyğun olmayan müraciətlərə baxılmır.

Namizədə tələblər

- İş təcrübəsi: 3-7 il (istehsalat üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- Mebel və Reklam istehsalı üzrə iş təcrübəsi
- İstehsalatın planlaması, təşkili, idarə edilməsi üzrə iş təcrübəsi
- İstehsalatın təşkilini və texnologiyasını bilməli
- İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri bilməli
- Məhsulun qiymətlərinin yaranması texnologiyasını, smeta hesablanması qaydalarını bilməli
- Əməyin qorunması, texniki təhlükəsizlik, yanğından mühafizə qaydalarını bilməli

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.