İŞ İCRAÇISI

1200 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs İR şöbəsi
Telefon (012) 514-24-43
E-mail hr@terrastruc.az
Elanın tarixi 10-03-2023
Bitmə tarixi 10-04-2023
İş barədə məlumat

- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək
- Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək
- İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək
- İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq
- Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq
- Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək

Namizədə tələblər

- Ali təhsilli (inşaat mühəndisi)
- Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli
- Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli
- Layihələri oxumağı və təhlil etməyi bilməli
- Azərbaycan və rus dillərini bilməli (ingilis dilini bilənlərə üstünlük verilir)
- Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi olmalı
- MS Office ( Word, Excell), Auto Cad və 3D Max proqramlarında işləməyi bilməli
- Yaş həddi 30-50
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı

Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti
- Ezamiyyə imkanları
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı

Bu vəzifəyə müraciət etmək üçün CV-ni sayt yazmaq olmaz! ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İş icraçısı” Mövzu bölməsində göstərin

İş yeri: Bakı, Azərbaycan, Sea Breeze ərazisi

İş qrafiki: Həftədə 6 gün
İşə başlama tarixi: Təcili

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.