Diqqət! Bu sayt satılır. Maraqlı olan şəxslər 070 722 04 14 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS

1000 - 1200 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 28 - 38 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Orxan Məmmədli
Telefon (055) 254-54-01
E-mail o.mammadli@aznavcompany.com
Elanın tarixi 25-06-2021
Bitmə tarixi 25-07-2021
İş barədə məlumat

- Əmək qanunvericiliyinin əsaslarını bilməli
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulunu, köçürulməsini, kadrların ixtisasının artırılmasını və işdən azad edilmələrin və s. sənədlərin rəsmiləşdirilməsini həyata keçirməlidir
- Elektron hökümət portalında lazımi əməliyyatları yerinə yetirməli
- Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməli
- Kadrların ixtisas və peşəkarlığının artırılması işini bilməli
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
- Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək
- Direktorun əmr və göstərişlərini vaxtında yerinə yetirmək
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq
- Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək

İş şərtləri
- Həftədə 5 iş günü, 2 gün istirahət
-İş saatları 09:00-dan 18:00-dək

Namizədə tələblər

Yaş: 28-38
Təhsil: Ali
Tərcübə: Minimum 3 il (HR vəzifəsi üzrə iş təcrübəsi mütləqdir)

- Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir
- MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır
- Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı)
- Peşəkar ünsiyyət bacarığına sahib olmalıdır
- Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır
- İşində məsuliyyətli və dəqiq olmalıdır

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində "HR menecer" qeyd edərək CV-lərini sayt yazmaq olmaz! elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.