İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS

500 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Siyəzən
Yaş 21 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs "Siyəzən-Broyler” ASC
Telefon (055) 500-54-12
E-mail cv@siyazanbroiler.com
Elanın tarixi 07-06-2021
Bitmə tarixi 07-07-2021
İş barədə məlumat

- İşçilərin şəxsi işlərinin formalaşdıraraq qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlərin aparılması, onların qorunması, əmək stajının hesablanması, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılmasıvə məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət edilməsi
- Məzuniyyət və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün icra olunmasının təmin edilməsi

İş şəraiti:
- İş qrafiki: 09:00-dan 18:00-dək
- Ünvan : Siyəzən rayonu ərazisi
- Əmək haqqı: 500-700 AZN
- Nahar və servis şirkət tərəfindən təmin olunur

Namizədə tələblər

- Yaş: 21-35
- Təhsil: Ali təhsil
- Təcrübə: Minimum 1 il (İstehsalat təcrübəsi üstünlükdür)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli
- Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C programında işləmək bacarığı
- Peşəkar ünsiyyət bacarığı
- Analitik düşünmə qabiliyyəti
- İşində məsuliyyətli və dəqiq olmalı

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını sayt yazmaq olmaz! elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055 500 54 12 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.