İNSAN RESURSLARI ÜZRƏ ASSİSTENT

400 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 65 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs AİSTGroup MMC
Telefon (012) 525-25-00
E-mail recruitment@aist.group
Elanın tarixi 05-12-2022
Bitmə tarixi 05-01-2023
İş barədə məlumat

1.2.1.Ümumi
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət, icazə və s. kadr sənədlərinin rəsmiləşdirilməsi
- Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunması
- Əmək qanunvericiliyi sahəsində baş vermiş islahatları intensiv izlənilməsi, sözügedən dəyişikliklərini şirkət üzrə təsir imkanlarının araşdırılması, preventiv tədbirlərin görülməsi
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icrası
- Mükafatlandırma, inzibati tənbeh tədbirlərinin görülməsi üçün əsaslandırılmış təqdimatların verilməsi
- Fərdi inkişaf planının hazırlanması və onun icrasının təmin edilməsi
- Əmək fəaliyyəti ilə bağlı dövrü hesabatların hazırlanması və rəhbər heyət qarşısında təqdim edilməsi
1.2.2.Ehtiyat kadr bankının formalaşdırılması
- İş elanlarının hazırlanması və müvafiq internet informasiya resurslarında yerləşdirilməsi
- CV-lərin toplanması, qruplaşdırılması və ilkin qiymətləndirilməsi
- Müsahibələrin təşkil edilməsi:
- Müsahibədə iştirak edəcək mütəxəssislərlə və ya rəhbər şəxslərlə əvvəlcədən razılaşdırılmış vaxtda nazmizədlərin dəvət edilməsi
- Müsahibə zamanı sualların verilməsi
- Keçirilmiş müsahibənin nəticələri barədə məlumatların informasiya sisteminə daxil edilməsi
- Müsahibəyə dair yekun rəylərin toplanması məqsədilə koordinasiyanın qurulması
1.2.3.Nəzarət
- Davamiyyətə, etik davranış qaydalarına əməl olunması nəzarətin həyata keçirilməsi, pozuntu hallarına yol vermiş şəxslərə xəbərdarlıqların edilməsi, tənbeh tədbirinin görülməsi ilə bağlı təqdimatın verilməsi
- Departament rəhbərləri, layihə rəhbərləri, layihə koordinatorları tərəfindən əməkdaşların qiymətləndirilməsi ilə bağlı koordinasiyanın edilməsi, bildirişlərin verilməsi
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan-18:00-dək
- İstirahət günləri: şənbə, bazar

Namizədə tələblər

1.1.1.Bilik
- Kadr və mühasibatlıq üzrə ali təhsil
- Əmək münasibətləri ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları üzrə
1.1.2.Bacarıq
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq
- İngilis dili və rus dili arzuolunandır
- Komanda ilə və fərdi şəkildə işləmək
- Məsuliyyət, sistematik düşüncə tərzi, təhlil etmə və operativlik
- Təşəbbüskarlıq
- Təqdimat etmək
- Əmək fəaliyyəti üzrə fərdi inkişafını planlamaq
1.1.3.Təcrübə
- Müvafiq sahə üzrə ən azı 1 il
- MS Office, 1C (arzuolunandır)

“İnsan Resursları üzrə Assistent” yazaraq CV formasını sayt yazmaq olmaz! elektron ünvanına göndərməklə müraciət edə bilərlər

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.