İş barədə məlumatTikinti sahəsində fəaliyyət göstərən “AZEA GROUP” MMC Keyfiyyətə nəzarət üzrə Mühəndis axtarışındadır.
Keyfiyyətə nəzarət üzrə mühəndisin iş öhdəlikləri:
- Keyfiyyətə Nəzarət və Keyfiyyətin İdarəedilməsi Planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi
- Yoxlama və testləri həyata keçirmək üçün müvafiq standartların hazırlanması və test metodlarına nəzarət
- Tikinti prosesinin izlənməsi, keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə Layihə Menecerinə məlumat verilməsi
- Sahədə işlərin keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, problemlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsi
- Sahədəki bütün materialların keyfiyyətinin yoxlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi
- Materialların texniki sənədlərlə təsdiq edilmiş tələblərə, təchizatçılarla imzalanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması
- Audit nəticələri ilə bağlı Layihə Menecerinə hesabat verilməsi
- Keyfiyyətin idarəedilməsi mövzusu ilə bağlı iclaslarda iştirak
- Keyfiyyət göstəricilərinə uyğun Subpodratçıların qiymətləndirilməsi və seçimi ilə bağlı SƏTƏM və Layihənin digər müvafiq əməkdaşalrı ilə sıx mütamədi əlaqə
- ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarının tətbiqi
- Sub-podratçıların keyfiyyətə nəzarət planlarının və hesabatlarının nəzərdən keçirilməsi, yoxlanması və təsdiqlənməsi
- Layihə üzrə Keyfiyyətə nəzarət üzrə Təlim Planınının hazırlanması və həyata keçirilməsi
- Təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq hesabatın hazırlanması və Rəhbərliyə təqdim edilməsi
- İş vaxtı:Bazar ertəsi-Şənbə, 9:00-dan 18:00-dək
Namizədə tələblər
- Mühəndislik ixtisası üzrə Ali təhsil
- İnşaat sahəsində müvafiq sahədə minimum 3-5 il təcrübə
- Beynəlxalq Layihə və ya Təşkilatda təcrübə
- Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
- ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə
- Güclü analitik düşünmə bacarıqları
- Azərbaycan və Rus dil bilikləri (Rus dili bilən namizədlərə üstünlük verilir)