HR MÜTƏXƏSSİS

600 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Fidan x
Telefon (050) 824-44-22
E-mail office@ecomedi.az
Elanın tarixi 23-09-2021
Bitmə tarixi 23-10-2021
İş barədə məlumat

- İşçi ehtiyacının təmin edilməsi, vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi, CV incələmə, vakansiyalara uyğun namizədlərin axtarışı, seçimi və ilkin müsahibələrin təşkil edilməsi
- Əməkdaşların adaptasiyası prosesinin təşkili;
İnsan resurslarına aid daxili əmrlərin (işə qəbul, xitam, vəzifə dəyişikliyi,ezamiyyət, məzuniyyət, mükafat, əmək haqqı artımı, intizam tənbehi və s.,)hazırlanması və icrasına nəzarət etmək
- İşçilərin əmək müqaviləsi, vəzifə təlimatları, tam maddi məsuliyyət müqaviləsi, məxfiliyin qorunması haqqında müqavilə, daxili intizam qaydaları və müvafiq prosedurlar ilə tanış olmasını təmin etmək
- İşçilərin şəxsi işlərini aparmaq,formalaşdırmaq
- Əməkdaşlar üçün əmək haqqı kartları,əmək kitabçalarının alınması üçün müvafiq qurumlara gedən sənədləri hazırlamaq
- Elektron hökümət Portalına əmək müqaviləsi bildirişlərini daxil etmək
- İşçilərə məzuniyyətlərin verilməsinin üçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsini icra etmək, son haqq hesabların, kompensasiyaların hesablanması
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
- Xidməti müqavilələrin hazırlanması, əlavələrin edilməsi
- Əmək haqqı hesablaması üçün Maliyyə departamenti ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması
- İşə davamiyyət prosedurunun tənzimlənməsi.işçilərin gündəlik və aylıq davamiyyətinin izlənilməsi, rəhbərə məlumat verilməsi və ayın sonu davamiyyət tabellərinin hazırlanaraq maliyyə departamentinə təqdim edilməsi
- Bazar ertəsi - Şənbə 09:00-dan 18:00-dək
- İstirahət günü - Bazar günləri
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək

Namizədə tələblər

- Ali təhsil
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
- Ofis proqramları ilə işləmə bacarığı
- 1C proqramında işləmək bacarığı
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis dilinə üstünlük verilir
- Ünsiyyət qurma bacarığı
- Problemləri həll etmə bacarığı
- Stresə davamlılıq
- İnformasiyanın təhlili və analiz etmək bacarığı
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti
- İnsan resursları sahəsində azı 2-3 il təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi olmağı üstünlükdür)

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.