HƏDİYYƏ BAĞLAMALARI ÜZRƏ ADMİNİSTRATOR

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 35 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Sinteks
Telefon (051) 229-06-77
E-mail recruitment.sales@sinteks.com
Elanın tarixi 02-06-2022
Bitmə tarixi 02-07-2022
İş barədə məlumat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Hədiyyə bağlamaları üzrə administrator tələb olunur.
Vəzifə öhdəlikləri:
- Müştərilərlə hədiyyə bağlama istəklərini müəyyən edir, üstünlük verdikləri tərzləri, rəngləri və materialları müəyyənləşdirir və onlar əsasında satılan məhsulları müştərinin zövqünə uyğun paketləyir
- Müştərilərə hədiyyə kartlarının seçimində və hazırlanmasında köməklik göstərir
- Bağlama materiallarının ehtiyatına nəzarət edir
- Adi və xüsusi günlərdə istifadə ediləcək bağlama materiallarını – kağızlar , lentlər, qutular, hədiyyə kartları və s. əvvəlcədən sifariş edir
- Bağlama materiallarının satışı üzrə bazar araşdırması aparır və daha sərfəli təkliflər verən təchizatçılar axtarır
- Hədiyyə bağlamalarının hazırlanmasının yeni texnika və dizaynlarını öyrənir və rəhbərliyə təkliflər verir
- Materialların sifarişi və istifadəsi ilə bağlı müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim edir

Namizədə tələblər

Təhsil:
- Xüsusi təhsil tələb olunmur
Təcrübə:
- Hədiyyə bağlamalarının hazırlanması üzrə iş təcrübəsi
Professional Biliklər:
- Rus dili, İngilis dili arzuolunandır
- Müştəri xidməti
Professional Bacarıqlar və Kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Kreativlik
- Rəssamlıq bacarığı və yaxşı əlyazısı olan namizədlərə üstünlük verilir

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2022 года.