HAVA LİMANINDA KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MÜTƏXƏSSİS

1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs “VIP Xidmətlər Qrupu” MMC
Telefon (055) 414-35-48
E-mail ap@vipavia.az
Elanın tarixi 22-08-2023
Bitmə tarixi 22-09-2023
İş barədə məlumat

- Şirkətin istehsalat sahələrində prosedur və təlimatlara əsasən göstərilən xidmət proseslərin icrasını yoxlamaq
- Keyfiyyətə nəzarət və qida təhlükəsziliyi üzrə yoxlamalar keçirmək, sənədləşməni icra etmək
- Xidmət prosesinin bütün mərhələlərində müvafiq beynəlxalq standartlara və qanunverici tələblərə, şirkətin daxili prosedur tələblərinə uyğunluğun təmin edilməsi üçün tədbirlərin görülməsi, qida məhsullarının keyfiyyəti və komplektliliyinin yoxlanılması, hazır məhsulların düzgün saxlanmasına nəzarət edilməsi
- Aparılmış yoxlamaların nəticələri üzrə mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək
- Əməkdaşların şirkətin daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmələrinə nəzarət etmək
- İstehsalat sahələrində yeni proseslərin tədbiq edilməsində iştirak etmək və mövcud olan proseslərin təkmilləşdirilməsində təkliflər vermək
- Beynəlxalq standartın İSO 9001:2015 tələblərini istehsalat sahələrində tədbiqi, işlək vəziyyətdə saxlanılması və təkmilləşdirilməsi üçün təkliflər vermək
- Şirkətin daxili prosedurlarının vaxtaşırı təftişini aparmaq
- Proseslərdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, zəruri tədbirlərin görülməsi və uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlərin görülməsi, sahələrdə risk analizinin aparılması
- İş ilə bağlı hər hansı sualınız olduğu halda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz (zənglər həftəiçi 1-5 günlər 09:00-dan -18:00-dək (qəbul olunur)

Namizədə tələblər

- Cins : Kişi / Qadın
- Təhsil: Ali
- Yaş: 20 - 35 yaş
- İş təcrübəsi: 2-4 il
- Profesional təhsili - Aviasiya və ya turizm sahəsində ali təhsilə üstünlük verilir.
- MS Office programları (Word, Excel, Outlook), 1C proqramı üzrə ilkin biliklər
- İSO standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalıdır. Qida məhsulları sahəsində təcrübənin olması arzuolunandır
- Keyfiyyətə nəzarət, audit sahəsində 2-4 il iş təcrübəsi təcrübəsi
- Dil bilikləri: Azərbaycan əla, ingilis və rus dilləri B2 (üst orta)

CV müsabiqə iştirakçısının şəxsi e-poçt ünvanından göndərilməlidir

Təqdim edilmiş CV-də müəyyən edilmiş hər hansı uyğunsuzluq musabiqədə iştirakı üçün bu namizəddən imtina səbəbi olacaqdır

Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur

Ünvanımıza gələn CV axınının çox olması səbəbindən onlara tez baxılması üçün sizdən xahiş edirik ki, namizədin imicinə dair məlumat əldə etmək üçün CV-nizə şəkil əlavə edin və azərbaycan və ya rus dilində tərtib edin

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2023 года.