FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏR ÜZRƏ ƏMƏLİYYATÇI

700 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 24 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Bank Avrasiya ASC
Telefon (012) 598-85-85
E-mail cv@bankavrasiya.az
Elanın tarixi 02-12-2021
Bitmə tarixi 02-01-2022
İş barədə məlumat

- Fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların bütün növ hesabların açılması, aparılması və bağlanması, hüquqi qovluqların hazırlanması işini aparır
- Müştərilərin müraciətinə əsasən onlara aid cari hesablara, plastik kartlara müvafiq qaydada mədaxil və məxaric əməliyyatları aparır
- Müştərilərin müraciətlərinə əsasən təcili pul köçürmə sistemləri üzrə əməliyyatları aparır
- Müştərilərin müraciətlərinə əsasən onlara aid hesablardan çıxarışlar və hesabları barədə digər qurumlara təqdim edilməsi üçün arayışlar təqdim edir
- Müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin edir
- Müştərilərin banka təqdim etdiyi sənədlərin qorunub
saxlanılmasını təmin edir
• İş qrafiki həftədə beş gün I-V günlər saat
9:00-dan 18:00 dək

Namizədə tələblər

- İqtisadiyyat üzrə ali təhsil
- Bank sektorunda azı 2 il iş ştajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.