İş barədə məlumatVəzifə öhdəlikləri:
- Anbara daxil olan malları qəbul etmə, saxlanma və təhvil vermə prosesinə rəhbərlik etmək
- Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək
- Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək, vəsaitlər haqqında məlumatları sistemə daxil etmək
- Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədən kənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul şəxslərə akt şəklində təhvil vermək
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları : 09:00-dan - 18:00-dək
- Nahar fasiləsi: 13:00-dan - 14:00-dək
- Bazar istirahət günü
Namizədə tələblər
- Təhsil səviyyəsi: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 1il iş təcrübəsi
- Kompüter bilikləri: MS Office (Word, Excel-Yaxşı)
- Stressə davamlılıq
- Nəticəyönümlülük
- Dəqiqlik
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əsas vəsaitlər üzrə anbardar" yazaraq göndərmələri xahiş olunur