ƏMTƏƏŞÜNAS

500 ₼

Əlaqə Məlumatları
Şəhər Ağdam
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs "Azərpambıq ASK" MMC
Telefon (012) 464-92-18
E-mail hr@azercotton.com
Elanın tarixi 07-07-2021
Bitmə tarixi 07-08-2021
İş barədə məlumat

- İş yeri: Ağdam Pambıq İstehsalı və Tədarükü məntəqəsi filialı
- Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir. Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənilməsinə nəzarət edir. Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir. Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir. Müəssisə, idarə və təşkilatlarda texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət, xammalın, materialın, yanacağın, enerjinin, avadanlığın və hazır məhsulun nəql edilməsi üzrə standartların işlənib hazırlanması və tətbiqində iştirak edir. Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır. İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür. Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir
- İş qrafiki: 6 günlük
- Həftədə 40 saatdan çox olmamaqla

Namizədə tələblər

- 6-cı dərəcə: müvafiq sahə üzrə orta ixtisas təhsili və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı
- 7-ci dərəcə: iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə ali ixtisas təhsili
- 8-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 7-ci dərəcəli əmtəəşünas vəzifəsində 3 ildən az olmayaraq iş stajı
- 9-cu dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 8-ci dərəcəli əmtəəşünas vəzifəsində 3 ildən az olmayaraq iş stajı
- MS Windows, MS Office, 1 C,İnternet və s. biliklə

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.