ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ SİSTEMİ ÜZRƏ MÜTƏXƏSSİS

800 - 1200 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Rüstəm Ağayev
Telefon (012) 511-17-13
E-mail info@do-it.az
Elanın tarixi 30-08-2022
Bitmə tarixi 30-09-2022
İş barədə məlumat

Öhdəliklər:
- Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili
- Elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunması
- Elektron sənəd dövriyyəsi sisteminin layihə planı və texniki tapşırığa uyğun olaraq tənzimlənməsi
- Sifarişçinin texniki işçi heyəti və elektron sənəd dövriyyəsi sisteminin istifadəçiləri üçün təlim keçirilməsi
- Layihə texniki sənədlərinin hazırlanması
- Tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminə texniki və konsultasiya dəstəyi

- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00
- Mehriban və peşəkar kollektiv
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı
- Karyera inkişafı imkanları
- Peşəkar təlimlərdə iştirak

Namizədə tələblər

- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Microsoft Sharepoint, Microsoft SQL sahələrindən biri barədə biliklər arzuolunandır
- Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq
- Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı
- Ali təhsil, texniki sahədə arzuolunandır
- Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı
- Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik
- İT sahəsində biznes analitiki kimi inkişaf etmə istəyi

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.