ELEKTROMEXANİK

800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Kadrlar üzrə mütəxəssis
Telefon (012) 514-98-80
E-mail hr@glasshouse.az
Elanın tarixi 17-11-2023
Bitmə tarixi 17-12-2023
İş barədə məlumat

- Şüşə zavoduna elektromexanik vakansiyası üçün 25-50 yaş arası müvafiq iş üzrə 3 ildən çox iş təcrübəsi olan namizəd axtarılır
- İş növbəlidir, növbələr həftəlik olaraq dəyişir
- 6 günlük iş rejimidir, bazar günü -istirahət günüdür
- Geyim forması və nahar verilir
- Əməkhaqqı müsahibə əsasında təyin ediləcək

Maraqlanan şəxslər elektron poçt ünvanına CV göndərə və ya telefon nömrəsi ilə əlaqə saxlaya bilər

Namizədə tələblər

- Elektrik sxemlərinin oxunması,təmir və bərpa işlərinin həyata keçirilməsini həyata keçirir
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil, istehsalın texniki hazırlığını təmin edir
- Təmir üçün aidiyyatı təşkilatlarla planları (cədvəlləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün materialların hazırlanmasında iştirak edir
- Avadanlıqların təmiri, təmir – istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmir keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlərin tərtibatına rəhbərlik edir
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir
- Köhnəlmiş avadanlıq, maşın və mexanizmləri, obyektləri müəyyən edir, onların təmirini növbələşdirir
- Eksperiment, quraşdırma, yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir
- İstər təmir, istərsə də digər işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına riayət edilməsini rəhbərlik etdiyi sahənin işçilərindən tələb edir
- Testerlərlə işləməyi bacarmalıdır
- Ali təhsilli, Rus və İngilis dillərini bilən namizədlər tələb olunur

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2023 года.