ELEKTRİK MÜHƏNDİSİ

1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Fəxrəddin
Telefon (012) 526-18-57
E-mail info@sfvgroup.az
Elanın tarixi 07-06-2022
Bitmə tarixi 07-07-2022
İş barədə məlumat

- İş saatı: Həftə içi 5 gün 09:00-dan 18:00-dək
- Şənbə günü qısa iş günü
- Bazar günü istirahət günü

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik Mühəndisi” yazaraq “[email protected]“ ünvanına göndərmələri xahiş olunur.

Namizədə tələblər

- Elektrik sahəsində təhsil və ən azı 3 il iş təcrübəsi
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
- Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları
- Operativ və nizam-intizamlı olmaq
- Məsuliyyətli və komandada işləmək bacarığı
- Avtomatik idarə etmə sistemlərini bilməli
- Avadanlıqların təmiri və quraşdırılmasını bilməli
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak edilməsi
- Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət olunması, elektrik işlərinin düzgün təşkil edilməsi
- Bina və tikililərin daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması
- Tabeliyində olan işçilərin işlərinin təşkil olunması və onlara nəzarət edilməsi
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərinin işlənilməsi
- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xəttlərinə nəzarət olunması
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması
- Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək
- Elektrik kabellərin, maşınlarının, elektrik cihazlarının kompleks sınaqdan keçirilməsi
- Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyyəti, digər texniki sənədlərin tərtib edilməsi
- Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
- Elektrik, yanğın təhlükəsizliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək
- Elektrik avadanlıqlarının təmiri , istismarı və elektrik montaj işlərinin icrasını həyata keçirmək
- Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək
- Avadanlıqlarda planlı təmir işlərini icra etmək və fasiləsiz iş rejimini təmin etmək
- Avadanlıqların texniki xidmət və təmirini, istismarının yaxşılaşdırılmasını və iş keyfiyyətinin artırılması istiqamətində çalışmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.