ELEKTRİK MÜHƏNDİSİ

1500 - 2000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs "TTL" QSC
Telefon (012) 514-04-04
E-mail hr@ttl.az
Elanın tarixi 07-06-2022
Bitmə tarixi 07-07-2022
İş barədə məlumat

Əsas vəzifə və öhdəliklər:
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak edilməsi
- Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət olunması, elektrik işlərinin düzgün təşkil edilməsi
- Bina və tikililərin daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması
- Tabeliyində olan işçilərin işlərinin təşkil olunması və onlara nəzarət edilməsi
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərinin işlənilməsi
- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xəttlərinə nəzarət olunması
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması
- Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək
- Elektrik kabellərin, maşınlarının, elektrik cihazlarının kompleks sınaqdan keçirilməsi
- Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyyəti, digər texniki sənədlərin tərtib edilməsi
- Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
- Elektrik, yanğın təhlükəsizliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək

İş şəraiti:
- Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Elektrik mühəndisliyi üzrə bakalavr/magistr təhsili
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Microsoft office, AutoCad proqramlarında işləmək bacarığı
- Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları
- Yaxşı ünsiyyət və təlim bacarıqları
- Hesabat hazırlama və analiz etmə bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.