E-COMMERCE SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS

400 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 35 yaş
Təhsil Orta
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Aysel B.
Telefon (050) 743-11-25
E-mail careers@instyle.az
Elanın tarixi 25-05-2023
Bitmə tarixi 25-06-2023
İş barədə məlumat

Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivlə çalışmaq
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Karyera inkişafı üçün mükəmməl şərait
- AR Əmək məcəlləsinə uyğun əmək müqaviləsi

Vəzifə öhdəlikləri:
- Sayt üzərindən və sosial səhifələrdən daxil olan sifarişləri qeydə almaq
- Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək
- Müştərilərlə münasibətdə şirkətin imicinə uyğun olaraq öz vəzifələrini peşəkarcasına və nəzakətlə yerinə yetirmək
- Müştəri sifarişlərinin əsas anbardan yoxlanılaraq təhvil alınması və taxi xidməti ilə çatdırılması zamanı çatdırılmada iştirak etmək
- Müştəriləri gülərüzlə salamlamaq, hər bir müştəriyə məhsul təhvili proseduruna uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq
- Sifarişlərin vaxtında, təhlükəsiz və səliqəli şəkildə müştərilərə çatdırılmasını təmin etmək
- Sifarişlərin çatdırılmasını icra etdiyi zaman müştərilərin suallarını və rəylərini cavablamaq
- Sifarişlərin çatdırılması nəticəsində yaranan bütün nağd əməliyyatlara görə cavabdeh olmaq
- Onlayn Satış üzrə müvafiq hesabatların hazırlanması (Çatdırılmış sifarişlərin sayı, detalları, müştərilərin istəkləri və rəyləri haqqında məlumatlar)
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, müştəri loyallığını qorumaq

İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılır
- Əmək haqqı: 600 AZN (net) + Bonus
- İş rejimi: Bazar Ertəsi – Şənbə (Ofis daxili)
- Şəhərin mərkəzində yerləşən ofis
- Çatdırılmaları həyata keçirmək üçün şirkət hesabına taksi təmin olunacaqdır

Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “E-Commerce Satış üzrə Mütəxəssis Linkedin” qeyd edərək [email protected] email ünvanına yollaya bilərlər

Müraciət üçün son tarix: 30.06.2023

Namizədə tələblər

- Effektiv kommunikasiya bacarığı
- Yüksək iş etikası
- Azərbaycan dili və rus dili sərbəst, ingilis dili üstünlükdür
- Satış/müştəri xidmətləri sahəsində minimum 2 il təcrübə
- Yaş həddi: 20-35

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.