DİZAYNER KONSTRUKTOR

800 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Sadiq m.
Telefon (012) 449-64-23
E-mail hr@brandex.az
Elanın tarixi 07-02-2023
Bitmə tarixi 07-03-2023
İş barədə məlumat

- Fərdi və korporativ layihələr üçün dizayn işlərini (vizual və çertyoj) həyata keçirmək;
- AutoCad və 3D proqramlarında işlədikdən və müştəri ilə razılaşdırdıqdan sonra texniki sənədləri hazırlayıb istehsalata təhvil vermək
- İlkin dizayn modellərini müştəri ilə razılaşdırmaq
- Dizayn (texniki) sənədlərinin və istehsal tapşırıqlarının ardıcıllıqla hazırlanmasını təmin etmək və icrası və nəticəsi ilə bağlı xəbərdar olmaq
- Maya dəyərini tərtib etməklə əsas smetanın hazırlanmasında dizayn tərəfindən iştirak etmək
- İş vaxtı: 09:00-dan-18:00-dək
- İş günü: 6 gün, bazar və bayram günləri istirahət
- İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır
- Əmək haqqı namizədə görə dəyişə bilər, artandır

Qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddialısınızsa, müraciət etdiyiniz vəzifənin adını "Dizayner
Konstruktor " olaraq məktubun mövzu hissəsində qeyd etməklə, şəkilli CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur

Vakansiya şərtlərinə uyğun gəlməyən CV-lər dəyərləndirilməyəcəkdir

Namizədə tələblər

- Ali təhsilli
- Dizayn, Memarlıq sahəsində təhsil üstünlükdür
- Dizayn, interyer və eksteryer, mebellər üzrə iş təcrübəsi mütləqdir
- AutoCad, SketchUP, 3D Max, Corona kimi proqramlarda sərbəst işləmə bacarıqları və biliklər
- İş təcrübəsinə uyğun Portfolionun mövcud olması
- Paralel olaraq bir neçə layihəyə nəzarət etmək bacarığı
- İnteryer, mebel və digər konstruksiyaların sıfırdan layihələndirilməsi və istehsal fayllarının hazırlanması üzrə təcrübə
- Daim öz üzərində çalışan və öyrənməyə meylli olmalı
- Punktual, Operativ və Kreativ olmalı
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
- Dəzgahların və alətlərin iş prinsiplərini bilməlidir
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı
- Тexniki sənədlərin oxunmasını bacarmalıdır
- Excel, Word və Outlook proqramlarını bilməli
- Materiallar, komponentlər və aksesuarlar haqqında məlumatlı olmalı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.