İş barədə məlumat“Damla Mebel” MMC Azərbaycanın ən böyük mebel istehsalçılarından biridir. Müəssisəmiz müasir və keyfiyyətli mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində dünyaca məşhur şirkətlərə məxsus yalnız ekoloji cəhətdən təmiz və sertifikatlı materiallardan istifadə olunur.
Məhsullarımız Qazaxıstan, Gürcüstan, Rusiya,Türkmənistan, Tacikistan, Özbəkistan və digər ölkələrə ixrac olunur.
Vəzifə öhdəlikləri:
- İstifadəsinə təhkim edilən frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilmək
- 3 oxlu CNC frez dəzgahında kobud və təmiz emal əməliyyatlarını sərbəst şəkildə yerinə yetirmək, alətləri və pəstahı dəzgaha tanıtmaq, alət və ucluqları yenisi ilə dəyişmək və dəzgaha yerləşdirmək
- Emal olunacaq detala müvafiq emal alətlərini, ucluqları, ölçü alətlərini seçə bilmək
- Nəzarət-ölçü cihazlarından düzgün istifadə edə bilmək
- Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etmək
- Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etmək
- İş zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmək
- Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların qorunması və profilaktik xidmətinə nəzarət etmək
- İşləyərkən əmək təhlükəsizliyi qaydalarına əməl etmək
İş şəraiti:
- Həftədə 6 iş günü, 1 gün (bazar) istirahət günü
- Əmək haqqı: Əmək bazarında rəqbətli əmək haqqı.
- İş yeri Abşeron r-nu, Masazır qəs.,Qurtuluş YK-nin yaxınlığı.
- Servis xidməti fəaliyyət göstərir. (20 Yanvar metrosu,Saray qəsəbəsi,Xırdalan və Sumqayıt şəhərləri üzrə).
Namizədə tələblər
- Ali texniki təhsil - orta ixtisas
- Bu sahəsində ən azı 1 il iş təcrübəsi
- Müvafiq peşə sertifikatı (arzuolunandır).
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini sayt yazmaq olmaz! elektron ünvanına mövzu yerinə “CNC operator” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.