ÇAĞRI MƏRKƏZİ OPERATORU

500 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 35 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs SF Azerbaijan BOKT
Telefon (012) 310-34-05
E-mail aysu.gulguseynli@manato.az
Elanın tarixi 14-09-2023
Bitmə tarixi 14-10-2023
İş barədə məlumat

- Müraciət edən müştərilərə Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi, müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə əmin olmasını təmin etmək
- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək
- Sorğuların, şikayətlərin, iddiaların sonrakı baxılması üçün vaxtında və düzgün yönləndirilməsi və müvafiq şöbələrə yenidən bölüşdürülməsi
- Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll edilməsi
- Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə və kart hesabların (IBAN) informasiyası və konsultasiyası ilə təmin edilməsi

İmtiyazlar:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra)
- Dadlı və limitsiz qəhvə
- “Team building” tədbirlərinin keçirilməsi
- İş vaxtı: 3 (üç) növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək; 11:00-dan 20:00-dək)
- Əmək haqqı: Sınaq müddəti ərzində 500 azn (net), sınaq müddəti keçdikdən sonra 700 azn (net) + KPİ bonus
- Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi

Namizədə tələblər

- Təhsil: Orta ixtisas, natamam ali, ali təhsilli
- Dil bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl bilmək
- Təcrübə: Müvafiq vəzifə üzrə 6 (altı) ay iş təcrübəsi (arzuolunandır)
- Komputer bilikləri: Yüksək səviyyədə Excel biliyi; ERP sistemləri ilə bağlı ümumi anlayış
- Şəxsi keyfiyyətlər: Fikrini aydın ifadə etmə bacarığı, səlist və aydın intonasiya danışıq qabiliyyəti; Kompyuterdə çevik işləmə qabiliyyəti

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi operatoru” qeyd edərək sayt yazmaq olmaz! elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2023 года.