BREND ÜZRƏ SATIŞ NÜMAYƏNDƏSİ

1000 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 24 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Kenzey P.C.
Telefon (012) 346-96-39
E-mail info@kenzey.az
Elanın tarixi 24-05-2024
Bitmə tarixi 24-06-2024
İş barədə məlumat

- Pərakəndə Satış Mağazalarında və Apteklərdə brendə məxsus məhsulları effektiv şəkildə təmsil etmək
- Müştərilər ilə müntəzəm əlaqə qurmaq, məhsulları təqdim etmək və eyni zamanda sifarişləri qəbul etmək, mövcud və potensial müştərilərlə mütəmadi görüşlər təşkil etmək
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
- Rəflərdəki malların inventarına və düzülüşünə nəzarət etmək, satış məntəqələrini mütəmadi qaydada ziyarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərə köməklik etmək
- Təyin olunmuş aksiaların və tədbirlərin effektiv keçirilməsinə dəstək, satışlarda və satışı simulyasiya edən digər fəaliyyətlərdə iştirak etmək

İş şəraiti:
- Rəqabətli əmək haqqı və bonus sistemi: fiks + satışdan %
- Saat 09:30-dan - 17:00-dək
- Karyera inkişafı imkanı
- Məhsul və satış üzrə təşkil olunan təlimlərdə iştirak etmək imkanı

Namizədə tələblər

- Dermatologiya və Dəriyə qulluq, Parfumeriya və Kosmetika sahəsində Satış təmsilçisi olaraq ən azı 1-2 il iş təcrübəsi
- Dil bilikləri: azərbaycan dili və rus dili – əla, ingilis dili –yaxşı səviyyədə bilməli
- Effektli təşkilatçılıq və birdən çox hesabı effektiv idarə etmək bacarığı
- Aktiv, ünsiyyətcil, dəqiq və məsuliyyətli
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti
- Komandada işləmə bacarığı
- Dəriyə qulluq və kosmetika sahəsinə maraq
- Ofis proqramları biliyi (üstünlükdür)

Müraciət üçün CV-nizi sayt yazmaq olmaz! elektron ünvana göndərməyiniz xahiş olunur

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.