BÖYÜK MÜHASİB

1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Fidan QUliyeva
Telefon (050) 265-14-09
E-mail fidan.guliyeva@azerxalca.az
Elanın tarixi 28-09-2021
Bitmə tarixi 28-10-2021
İş barədə məlumat

- “Azərxalça” ASC-nin Maliyyə və mühasibat şöbəsinin böyük mühasibinin qarşısında duran əsas vəzifələr rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir.
- Maliyyə və mühasibat şöbəsinin böyük mühasibi “Azərxalça” ASC-nin İdarə Heyəti sədrinin əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir
- “Azərxalça” ASC-nin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. Ciddi hesabat blankları hesabat qaiməsi üzrə baş mühasibin və həmin hesabat verməli olan şəxsin imzaları ilə verilir
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirir
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirir
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin edir
- Balans, avans hesabatını aparır
- Hesab və elektron qaimə-fakturaları yazır
- Mal/Xidmətlərin, müqavilə və sifarişləri yoxlayır
- İş günləri : həftə ərzində 5 günlük iş rejimi
09:00-dan 18:00-dək

Namizədə tələblər

- Ali təhsil (mühasibat uçotu, maliyyə)
- Vergi Məcəlləsini bilməli
- Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi; (mütləq)
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Komandada işləmək bacarığı
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.