BİZNESİN İNKİŞAFI ÜZRƏ MENECER

500 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 24 - 35 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs TELSAT MMC
Telefon (012) 323-93-51
E-mail hr@telsat.az
Elanın tarixi 25-01-2022
Bitmə tarixi 25-02-2022
İş barədə məlumat

- Şirkətin strateji marketinq planının icrasını həyata keçirmək
- Bazara nüfuz və müqayisə etmə fəaliyyəti
- Mütəmadi bazarın monitorinqini həyata keçirtmək, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq
- Şirkətin tanıdılması üçün araşdırmaların edilməsi, yeni ideyaların hazırlanması, təkliflərin verilməsi
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək
- Korporativ satış ilə bağlı bazar araşdırılmalarının aparılması
- Qoyulmuş hədəflərə əsasən xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi
- Potensial müştəri və tender axtarışında iştirak etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onlara zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması
- Müştəri rəylərinə əsaslanaraq yeni təkliflərin hazırlanması
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması

İş şəraiti:
- İş rejimi: həftənin 5 günü, saat 10:00-dan 18:30-dək
- Əmək haqqı: sabit əmək haqqı + bonus
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar

Namizədə tələblər

- Marketinq, onlayn satış və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə
- Güclü təhlil, məntiq və riyazi bacarıqlar
- Layihələrin idarəetmə və təqdimat bacarığının olması
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Komandada və fərdi şəkildə işləmək bacarığı
- Müştəri ilə əlaqələrin yüksək səviyyədə təşkili
- İngilis və Rus dilləri arzu olunandır
- Ünsiyyətcil, gülərüz
- Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı (rus dili biliyi olanlara üstünlük verilir)
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan kişi və ya qadın namizədlər müraciət edə bilər

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi rica olunur.

Zəhmət olmasa CV-lərinizi sayt yazmaq olmaz! -mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Biznesin inkişafı üzrə menecer” qeyd etməyi unutmayın.
Qeyd: Elektronika, elan, onlayn biznes sahələrində işləmiş namizədlərə üstünlük verilir.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.