BEYNƏLXALQ MÜNASİBƏTLƏR ÜZRƏ MÜTƏXƏSSİS

1300 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Azər Əliyev
Telefon (012) 494-08-52
E-mail mail@hr-port.cc
Elanın tarixi 27-07-2022
Bitmə tarixi 27-08-2022
İş barədə məlumat

- Beynəlxalq Əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə özəl şirkət və dövlət qurumları üçün vakansiyalar var
- Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək
- Beynəlxalq təşkilatlar ilə görüşlərin keçirilməsi, müvafiq sənədləşmə işlərinin aparılması
- Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq
- Xarici dillərdə daxil olan məlumatları tərcümə etmək və müvafiq qaydada rəhbərliyə təqdim etmək
- Dünyada baş verən siyasi, iqtisadi proseslər barədə mütəmadi məlumatlar əldə etmək
- İşlə bağlı yazılı və şifahi tərcümələr etmək
- Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq
- Yerli və xarici tədbirlərdə iştirak və görüşlərdə təmsilçilik
- Araşdırma materiallarından istifadə edərək analitik hesabatlar hazırlamaq
- Həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı 1300-1500 AZN

Namizədə tələblər

- Politologiya, Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər, Regionşünaslıq, beynəlxalq iqtisadi münasibətlər ixtisasları üzrə ali təhsili
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı (əlavə əcnəbi dil bilikləri üstünlükdür)
- Planlaşdırma, analiz və idarəetmə bacarığı
- İşgüzar yazışmaların aparılması bacarığı
- Microsoft Office proqramlarında işləmək bacarığı
- Analitik düşünmə bacarığı
- Problem həlletmə bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.