BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ MÜTƏXƏSSİS

1200 - 1400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Erkin m
Telefon (012) 489-78-53
E-mail hr@magnetmediagroups.com
Elanın tarixi 18-09-2021
Bitmə tarixi 18-10-2021
İş barədə məlumat

“Magnet Media Group” rəqəmsal məzmun hazırlanması və araşdırma şirkəti olaraq dünyada gedən siyasi, iqtisadi proseslərin, biznes sferasındakı yeniliklərin və trendlərin öyrənilməsi, analitik hesabatların hazırlanması və kütləvi informasiya vasitələrində yerləşdirilməsi sahəsində fəaliyyət göstərir. “Magnet Media Group” Beynəlxalq əlaqələr üzrə mütəxəssis/Təhlilçi/Menecer vəzifəsinə vakansiya elan edir. Namizəd əsasən siyasi, iqtisadi və sosial prosesləri təhlil etməli, analitik hesabatlar hazırlamalı və əməkdaşlıq etdiyimiz təşkilatların internet səhifəsində yerləşdirməlidir.

- Dünyada baş verən siyasi proseslərin, biznes və iqtisadi sahədə yeniliklərin öyrənilməsi və bu sahədə tədqiqat aparılması iş prosesinin vacib hissəsi olacaq
- Müştəri kriteriyalarına uyğun tədqiqat metodlarını seçmək
- Sorğular, fokus qruplar, müsahibə qrafikləri kimi kəmiyyət və keyfiyyət tədqiqat alətlərini hazırlamaq və istifadə etmək
- layihələrin sonunda məlumatların yekunlaşdırılması və yekun hesabatların yazılması
- Müştərinin məlumatlar bazasına dataların daxil edilməsi, təqdimatların hazırlanması
- Media nümayəndələri üçün informasiya sessiyalarında iştirak etmək
- İş qrafiki: həftənin 5 günü, 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Politologiya / hüquq / beynəlxalq münasibətlər / regionşünaslıq, biznesin idarə olunması üzrə Ali təhsil
- Araşdırma, tədqiqat sahəsində 1 ilə qədər təcrübə, analiz və təşkilati bacarıqlar arzu olunandır
- Ünsiyyət və təqdimat, komandada işləmək bacarığı, təklif olunan vəzifə üzrə müvafiq təlim, kurslar və seminarlarda iştirak etmək arzuolunandır.
- Araşdırma materiallarından istifadə edərək analitik hesabatlar hazırlamaq
- Dövlət və qeyri hökumət təşkilatları ilə əməkdaşlığa meylli olmaq
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq, əlavə dil biliklərinə üstünlük veriləcək
- Öz üzərində çalışan və inkişaf etməyə meyili olmaq
- MS Office proqramlarında işləmək bacarığı
- Bəy namizədlər üçün hərbi xidmət keçmək mütləqdir (Vətən müharibəsində iştirak etmiş şəxslərə üstünlük veriləcək)

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.