İş barədə məlumat- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi
- Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, işçilərə əmək haqqı və digər sosial xarakterli ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu,dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayrılmaların uçotunu düzgün təşkil etmək, balansın çıxarılması
- Rəsmi hesabatların hazırlanması (statistika, DSMF və s.)
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsini həyata keçirmək
- Online banking vasitəsilə yerli və SWIFT köçürmələrin aparılması
- Aylıq mənfəət-zərər hesabatların təqdim olunması
- Şəxsi hesab vərəqəsinə nəzarət
- Əsas vəsaitlərinin uçotunun təşkili və amortizasiyası
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin uçotunu aparmaq və mühasibat uçotu hesabatlarında onlarınn hərəkətini, dövriyyəsini izləmək
- İş qrafiki: Həftənin 6 günü (6-cı gün yarı iş günü)
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 20 yanvar ms-dan və Sumqayıt ərazisinə servis xidməti
Namizədə tələblər
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə kredit sahəsində ali təhsil
- Müvafiq sahədə (istehsal sahəsi üzrə mühasibat sahəsində) 3-5 il iş təcrübəsi, baş mühasib vəzifəsində ən azı 3 il
- Azərbaycan dilində mükəmməl danışıq (rus, ingilis dili arzuolunandır)
- Microsoft və ofis, 1C8.3 proqramlarını bilmək
- E-taxes.gov.az və BTP-də işləmək bacarığı
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etbarlılıq kimi müsbət göstəricilərə malik olmaq
Elanda qeyd edilən tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Baş mühasib” qeyd etməklə CV formalarını sayt yazmaq olmaz! e-mail ünvanına göndərə bilərlər