BAŞ MÜHASİB

1400 - 1600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Fidan x
Telefon (012) 533-01-11
E-mail hr@smeltd.az
Elanın tarixi 28-12-2022
Bitmə tarixi 28-01-2023
İş barədə məlumat

- Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir
- Şirkət consulting xidməti ilə fəaliyyət göstərir Konsaltinq- öz biznesinin inkişafı ilə maraqlanan bir sıra hüquqi və fiziki şəxslərə maliyyə və mühasibatlıq sahəsi üzrə konsaltinq xidmət növüdür

İş barədə məlumat:

- Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək.
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Aylıq xərclər smetasını planlaşdırmaq və maliyyə direktoruna təqdim edilməsi
- Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti
- İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir
- Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək
- Vergi riskləri barədə maliyyə direktoruna müntəzəm olaraq məlumatları bildirmək
- Bütün Bank əməliyyatların icra edilməsi
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayıb maliyyə direktoruna təqdim edilməsi (Hesabatlar maliyyə direktoru tərəfindən təsdiqlənəcək)

İş şəraiti:

- İş qrafiki: 5 günlük iş qrafiki
- Əmək haqqı: 1400-1600 AZN +bonus
- Karyera yüksəlişi imkanı
- Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Baş mühasib” adını qeyd etməyiniz xahiş olunur

Namizədə tələblər

- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
- İş təcrübəsi: Analoji sahə üzrə minimum 5 il təcrübəsinin olması (konsaltinq təcrübəsi üstünlükdür)
- Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili – yaxşı
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramları sərbəst istifadə etmək
- Fərdi keyfiyyət tələbləri: İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti - Komandada işləmə bacarığı
- Analitik düşüncə qabiliyyəti
- İşi planlamaq bacarığı
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.