BAŞ MÜHASİB

1500 - 2000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 26 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Aynur İbrahimova
Telefon (012) 533-01-11
E-mail hr@smeltd.az
Elanın tarixi 25-07-2022
Bitmə tarixi 25-08-2022
İş barədə məlumat

Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.
Şirkət consulting xidməti ilə fəaliyyət göstərir Konsaltinq — öz biznesinin inkişafı ilə maraqlanan bir sıra hüquqi və fiziki şəxslərə maliyyə və mühasibatlıq sahəsi üzrə konsaltinq xidmət növüdür.
SME şirkətinə “Baş mühasib” tələb olunur.

İş barədə məlumat:
- Muhasibat şöbəsinin işini düzgün , qaydalara və qanunvericiliyə uyğun təşkil idarə etmək
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
- Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir
- Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək
- Daxili nəzarət (audit)
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
- Bütün Bank əməliyyatların icra edilməsi
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq

İş şəraiti:
-İş qrafiki:
5 günlük iş qrafiki.
- Əmək haqqı: 1500-2000 AZN +bonus
- Karyera yüksəlişi imkanı.
Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B

Namizədə tələblər

- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
- İş təcrübəsi: Analoji sahə üzrə minimum 5 il təcrübəsinin olması (konsaltinq təcrübəsi üstünlükdür)
-Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
-AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili – yaxşı
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramları sərbəst istifadə etmək
- Fərdi keyfiyyət tələbləri: İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti; İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti; Komandada işləmə bacarığı; Analitik düşüncə qabiliyyəti. İşi planlamaq bacarığı. Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi sayt yazmaq olmaz! elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Baş mühasib” adını qeyd etməyiniz xahiş olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.