BAŞ MÜHASİB

1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 40 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Natavan x
Telefon (012) 597-55-03
E-mail nata.ibrahimova@metalyapi.com
Elanın tarixi 12-11-2021
Bitmə tarixi 12-12-2021
İş barədə məlumat

- Həftə içi 5 gün stabil is rejimi (saat 09:00-dan 18:00-dək), şənbə bazar- istirahət günləri
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- BTP proqramı, 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s. , e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək
- ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi

Namizədə tələblər

- Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az 5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsinə üstünlük verilir) həmçinin 40-45 yas arasi xanim namizədlər CV göndərə bilər
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
Ingilis ve rus dilini əla səviyyədə bilmək
- AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək
- Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədər öz CV formasını sayt yazmaq olmaz! elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Baş mühasib” sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılib müsahibəyə dəvət olunacaqlar.