BAŞ MEXANİK

900 - 1100 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Nərgiz Eyvazova
Telefon (050) 208-66-95
E-mail hr@matanata.com
Elanın tarixi 18-08-2021
Bitmə tarixi 18-09-2021
İş barədə məlumat

“Mətanət A” şirkəti Baş mexanik vakansiyanı elan edir.

İşin təsviri:
- Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək
- Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək
- İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək və görülən işləri proqrama daxil etmək, istehsalatın texniki hazırlığını təmin etmək
- Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq və
- Təmiri ilə bağlı hesabatların və planların hazırlanması
- Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək
- Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi
- Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq

Əmək haqqı:
- Razılaşma yolu ilə.

İş şəraiti:
- İş saatı: 08-00-dan 17-00-dək
- İş günü: Həftənin 6 günü
- İstirahət günü: Bazar günü
- Servis xidməti mövcuddur
- Nahar şirkət tərəfindən qarşılanır
- AR ƏM-nə uyğun sənədləşmə
- İş yeri: İş görüşməsinin ünvanı: AZ 1023-Masazır-2 (Bakı-Sumqayıt şosesi, Masazır qəsəbəsi dairəsinin yaxınlığı)

Namizədə tələblər

- Təhsil: Ali (Mühəndis-mexanik ixtisası üzrə Univeristeti bitirənlərə üstünlük veriləcək.)
- Yaş həddi: 25-50
- İş təcrübəsi: 5 il iş təcrübəsi olmalı (Sənaye sahələrində çalışanlara üstünlük veriləcək.)
- 2D və 3D (Autocad və SolidWorks) proqramlarını bilməlidir
- Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı
- Dillər: Azərbaycan və Rus dillərini bilməli

Şəxsi keyfiyyətləri:
- İşə planlı yanaşma
- Yüksək ünsiyyət bacarığı
- Məsuliyyətlilik
- Təmkinlilik, etibarlılıq, özünəinam
- Səliqəli, təşkilatçı, operativ, bacarıqlı

Qeyd:
Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək sayt yazmaq olmaz! ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.