BAŞ AŞPAZ

1000 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 28 yaş
Təhsil Orta
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Lunchef catering MMC
Telefon (012) 480-11-68
E-mail info@lunchefcatering.az
Elanın tarixi 02-09-2021
Bitmə tarixi 02-10-2021
İş barədə məlumat

- Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə
- Ona tabe işçilər üçün icrası məcburi olan sərəncamlar vermək
- Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə
- Material, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə edilməsinə
- Daxili intizam qaydalarına, sanitariya və epidemiyaəleyhinə rejimə, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət edilməsinə
- Mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına
- Öz fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsinə
- Ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə
- Fövqəladə hallarda işə hazırlığa görə məsuliyyət daşıyır
- Baş aşpaz əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək

Namizədə tələblər

- Qida ilə bağlı dövlət və qeyri dövlət orqanlarının ümumi qidalanmanın təşkilinə dair qərarları, sərəncamları, əmrləri və digər və normativ sənədlərini
- AQTA və HACCP sistemini istehsalatın təşkili və texnologiyasını
- Yeməklərin və kulinariya məmulatlarının çeşidlərini və keyfiyyətinə tələbləri
- Rasional və diyetik qidalanmanın əsaslarını
- Menyunun tərtib edilməsi və onun qaydalarını
- Məhsulların uçotu qaydalarını və verilməsinin normalarını
- Xammal və yarımfabrikatların sərfi normalarını
- Ərzaq məhsullarının, xammalın və yarımfabrikatların standartları və texniki şərtləri
- Hazır məhsulların, xammalın və yarımfabrikatların saxlanılmasının qayda və müddətlərini
- Texnoloji avadanlığın növləri, iş prinsipləri, texniki xarakteristikası və onun istismarı şərtlərini
- Mövcud daxili rejim qaydalarını
- Ümumi qidalanmanın iqtisadiyyatını
- Əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir
- Baş aşpaz öz sahəsi üzrə müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir
- İstehsalat prosesinin təşkilinin təkmilləşdirilməsi, texnikanın effektiv istifadəsi, buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədi ilə işçilərin peşəkar ustalığının artırılması üzrə işi aparır
- Lazım olan ərzaq malları, xammal və yarımfabrikatlar üçün sifarişləri tərtib edir, onların baza və anbarlardan vaxtında alınmasını təmin edir, çeşidlərə, onların sayına, daxil olma və həyata keçirilmə müddətlərinə nəzarət edir
- İstehlakçıların istəklərinin öyrənilməsi əsasında çeşidləri tərtib edir, onların və kulinariya məmulatlarının rəngarəngliyini təmin edir
- Qidanın hazırlanması texnologiyasına, xammal normalarına daimi nəzarəti həyata keçirir
- Aşpazların və digər işçilərin yerləşdirilməsini həyata keçirir, onların işə çıxmalarının cədvəlini tərtib edir
- İstehsalat fəaliyyəti, əməyin qabaqcıl yolları və metodlarının tətbiqi barədə uçotu, hesabatların tərtibini və vaxtında təqdim olunmasını təşkil edir.
- Avadanlığın və başqa vasitələrin düzgün istismarına nəzarət edir
- Qidanın hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatlandırma aparır
- İşçilər tərəfindən əməyin mühafizəsinin qayda və normalarına, sanitar tələblərə və şəxsi gigiyena qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir
- Fərqlənən işçilərin təltif və ya istehsalat və əmək intizamını pozanların tənbeh edilməsi haqqında təkliflər verir
- İşçilərin ixtisaslarının artırılması üzrə işə rəhbərlik edir
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq
- Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.