İş barədə məlumatDigital Classifieds şirkətinin fəaliyyəti milyonlarla ziyarətçisi olan 4 məhsulun işlənib hazırlanmasına, dəstəklənməsinə və inkişafına yönəlib. Bunlar avtomobillərin, daşınmaz əmlakın və istənilən digər məhsulların alqı-satqısı, habelə yerli bazarda məşğulluq üçün nəzərdə tutulmuş istifadəçi platformalarıdır: turbo.az, bina.az, tap.az və boss.az.
Biz Bakı şəhərində iş üçün B2B satış meneceri vəzifəsinə vakansiya elan edirik. Tələb və şərtlər aşağıdakılardır:
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi.
- Müştərilərlə ilkin danışıqların aparılması, habelə ilkin kommersiya təklifinin hazırlanması.
- Şirkətin xidmətlərini şifarişçi-müştərilərə təqdimat şəklində, telefonla, habelə şəxsi görüş zamanı təqdim etmək bacarığı.
- Zənglərin sayı və müştərilərlə keçirilən görüşlər barədə gündəlik hesabatların doldurulması.
- Soyuq zənglərin edilməsi üçün axtarış və məlumatlar bazasını (MB) doldurulması.
- Satış dinamikasını və proseslərini anlamaq.
- Şirkət tərəfindən həyata keçirilən xidmətlər üçün müştəri ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və sifarişlərin müştəri ilə onun ehtiyaclarına və çeşidin mövcudluğuna uyğun şəkildə razılaşdırılması.
- Mövcud sifarişçi-müştəri bazası ilə səmərəli əlaqələrin inkişafı.
- Satış şöbəsinin, həmçinin şirkətin digər şöbələrinin işçiləri ilə uğurlu ünsiyyət.
- Gələcək dövrlər üçün satışların planlaşdırılması.
- Komissiya haqqının hesablanması üçün məlumatların hazırlanması.
- Təqdimat materiallarının hazırlanması.
Şərtlər:
- Bakının mərkəzində ofis.
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-dan - 18:00-dək
- Əmək haqqı müsahibə əsasında.
Namizədə tələblər
- Bənzər bir vəzifədə ən azı 1 il iş təcrübəsi.
- Kommersiya təklifi hazırlama təcrübəsi.
- Məsuliyyət, punktuallıq, kreativlik, yaradıcı düşüncə.
- Prioritetləri müəyyən etmək və tapşırıqların yerinə yetirilməsi üçün müəyyən edilmiş vaxtlara əməl etmək bacarığı.
- Satışlarda yüksək effektivlik, danışıqların və işgüzar yazışmaların səlis aparılması.
- Ünsiyyət və komandada işləmək bacarığı.
- Ofis proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
- Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı, ingilis dili biliyi arzuolunandır.
- Bir reklam agentliyində və ya böyük bir şirkətin marketinq şöbəsində iş təcrübəsi arzuolunandır.
- Rəqəmsal reklam təcrübəsi üstünlükdür.
- Ali təhsil mütləqdir, marketinq və reklam sahəsinə üstünlük verilir, dizayn və humanitar yaradıcılıq peşələri üzrə də ola bilər.
Namizədlərdən CV-lərini 10 Oktyabr 2024-cü il tarixindən gec olmayaraq sayt yazmaq olmaz! elektron poçt ünvanına B2B Sales Manager başlığı ilə göndərmələrini xahiş edirik. Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaq.