Diqqət! Bu sayt satılır. Maraqlı olan şəxslər 070 722 04 14 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


AVTOMATLAŞMIŞ AVADANLIQLAR ÜZRƏ OPERATOR (İSTEHSALAT)

500 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs RICH MEDICAL MMC
Telefon
E-mail hr@richmedical.az
Elanın tarixi 04-05-2021
Bitmə tarixi 04-06-2021
İş barədə məlumat

Tibbi məhsulların istehsalı sahəsində fəaliyyətə başlayan RICH MEDICAL MMC Avtomatlaşmış avadanlıqlar üzrə Operator (istehsalat) vakansiyası üçün namizəd axtarışındadır:

- İstehsalatda xüsusi avtomatlaşdırılmış cihazların, maşınların işinin tənzimlənməsini həyata keçirmək
- Gündəlik istehsal olunacaq məhsulların məlumatlarını qəbul edərək avtomatlaşdırılmış dəzgahlara proqramlaşdırmaq və istehsal prosesini başlatmaq
- İstehsalat zamanı dəzgahlarda yaranan texnoloji problemləri analiz etmək
- İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət etmək
- Hissələrdə olan qüsurları və ya avadanlıqlarda olan nasazlıqları aşkar etmək məqsədilə maşınların işləməsinə nəzarət etmək və ya müşahidələr aparmaq
- İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət edərərk hansı bir nasazlıq olduqda texnoloqa və ya usta köməkçilərinə dərhal məlumat vermək
- İş qrafiki: həftədə 6 gün 09:00-dan 18:00-dək
- Əmək haqqı: 500-700 AZN
- Nahar şirkət tərəfindən qarşılanır
- Nəqliyyat şirkət tərəfindən təmin olunur

Namizədə tələblər

- Ali texniki təhsil
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq
- Avadanlıqların istifadə qaydalarına düzgün riayət etmək üçün texniki bilik və bacarıqlara sahib olmalı
- Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalarını bilməli
- Kompüter bilikləri (MS Office)
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq
- Kollektivlə işləmə bacarığı
- Operativ, gördüyü işə cavabdehlik
- Yaş həddi: 25-35 arası

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla sayt yazmaq olmaz! elektron ünvanına göndərmələri xahiş olunur.

*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.