AUDİTOR

600 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 37 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Fidan x
Telefon (012) 502-04-44
E-mail hr@radius.az
Elanın tarixi 11-05-2021
Bitmə tarixi 11-06-2021
İş barədə məlumat

- İş yeri: (Babək Plaza)
- 6 günlük iş həftəsi
- Həftədə bir gün istirahət
- Avtomobilinin olması vacibdir( benzin və bütün xərclər şirkət tərəfindən ödənilir)

Namizədə tələblər

- Yoxlama işini bacaran idarəçi keyfiyyətinə malik işçi bəy tələb olunur
- Ali iqtisadi təhsil
- 2-3 ildən az olmayan audit sahəsində iş təcrübəsi (Avtomobil sferasında olması üstünlükdür)
- Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti

Vəzifə öhdəlikləri:
- Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması, maliyyə direktorunun təsdiqindən sonra qəbzlərinin təsdiq edilməsi
- Satış nöqtələri üzrə məhsul dövriyyəsinin daxili qaydalara uyğunluğunun və qeydiyyatının yoxlanılması
- Qeydiyyata alınmış məhsul siyahısının say tərkibinin və satış qiymətinin sənədlərə uyğunluğuna nəzarət edilməsi
- Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
- Anbarda mövcud olan məhsulların uyğunsuzluqlarının müəyyən olunması və düzgünlüyünün təmin edilməsi
- Siyahıya daxil edilmiş məhsulların yoxlanılması

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.