İş barədə məlumatVəzifə öhdəlikləri :
- Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək
- Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq
- İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək
- Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi
- Rəhbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək
- Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq
- Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq
- Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək
- İş qrafiki: 1-6 günlər
- Əmək haqqı: 2500-3000
- İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
Namizədə tələblər
- Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)
- Müvafiq sahə üzrə ən azı 10-15 il iş stajı
- Yaş həddi: 35-50
- Cins: kişi
- Microsoft Office, 1C 8.3v proqramından sərbəst istifadə bacarığı
- Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır)
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə biliklər
Müraciət qaydaları: sayt yazmaq olmaz! elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Audit şöbə müdiri” yazmaqla müraciət edilir