AŞPAZ

1000 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Dilbər x
Telefon (050) 277-27-16
E-mail hello@smilecafe.az
Elanın tarixi 22-06-2022
Bitmə tarixi 22-07-2022
İş barədə məlumat

- Mətbəxin işini təşkil etmək və işçi heyətini idarə etmək
- Menyunun hazırlanmasında iştirak etmək
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlanması sahəsində olan yenilikləri nümayiş etdirmək
-Avropa və milli mətbəxinə aid yeməkləri bişirmək və servis etmək
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək
- Təsdiq olunmuş maliyyə büdcəsinə uyğun olaraq lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etmək
- Mətbəxlə bağlı vaxtaşırı keçirilən sorğu əsasında şikayət və narazılıqların araşdırılmasında və problemin həllində iştrak etmək, verilən təklifləri nəzərdən keçirmək
- Vəzifəsinin icrası ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək
İş qrafiki: 6 günlük iş həftəsi
Kafe-restoran Bayıl ərazisində yerləşir

Namizədə tələblər

- Müvafiq sahə üzrə peşə təhsili
- Yaş aralığı: 30-45
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli
- Milli və Avropa mətbəxi peşəkar səviyyədə bilməli
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.