İş barədə məlumat- Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Elektron Qaimə Faktura, Hesab Fakturaların tərtib edilməsi və göndərilməsi
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması və (aylıq, rüblük və illik) təqdim edilməsi
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Anbarın izlənilməsi, yoxlanılması və nəzarətin həyata keçirilməsi
- Şəxsi hesab vərəqənin yoxlanılması
- Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əməkhaqqı ilə bağlı sənədlərin hazırlanılması, hesablanması və müvafiq ödənişlərin həyata keçirilməsi
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi
- İşlə bağlı rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi
İş rejimi :
- 5 günlük iş qrafiki (09:00-dan - 18:00-dək)
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş yeri: Bakı şəh., Səbail ray., Zərifə Əliyeva 55
- Əmək haqqı: 1200-1500 AZN
- Şirkətin fəaliyyət sahəsi; mühasibatlıq yönümlü konsaltinq
Namizədə tələblər
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Yaş həddi: 26-40 aralığı
- Peşəkar səviyyədə Microsoft Office proqramlarını(xüsusilə Excel) bilməli
- Dil bilikləri: rus dili arzuolunandır
- Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, Mühasibat uçotu
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə hesabatlarının Beynəlxalq Standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli
- Xüsusi analitik düşüncə və təqdim etmə bacarıqları
Tələblərə uyğun gələn namizədlər Cv-lərini “aparıcı mühasib” qeyd edərək sayt yazmaq olmaz! mail ünvanına göndərə bilərlər