APARICI AUDİTOR

1000 - 1400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Company
Telefon (077) 777-70-79
E-mail mahirovic@gmail.com
Elanın tarixi 28-12-2021
Bitmə tarixi 28-01-2022
İş barədə məlumat

- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
- İş vaxtının norması: Həftə üzrə 5 günlük iş qrafiki
- İş yerinin ünvanı: Bakı ş., Nərimanov r., Əhməd Rəcəbli küç.

Əmək funksiyaları:
- Təsdiq edilmiş iş planına əsasən daxili auditi həyata keçirmək
- Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək
- İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək
- Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq
- Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək
- Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək
- Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübəni mütəmadi olaraq öyrənmək

Namizədə tələblər

Təcrübəyə dair tələblər:
- 4 ildən artıq ümumi, minimum 3 il audit funksiyasında

Təhsil və ixtisas tələbləri:
- Ali iqtisadi təhsilə üstünlük verilir (ali təhsil digər ixtisaslar üzrə olduqda audit yaxud əlaqədar sahələrdə minimum dörd illik iş stajı)

Kompüter biliklərinə dair tələblər:
- MS Office proqramlarında səlis işləmək bacarığı;
- 1C proqramında işləmək bacarığı
- İT sistemləri üzrə biliklər üstünlükdür

Xarici dil tələbləriz:
- Yaxşı səviyyədə rus və/ və ya ingilis dili biliyi arzuolunandır

Tələb olunan zəruri biliklər:
- Daxili Auditorlar İnstitutunun standartları (İİA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (İFRS) tətbiqi üzrə bilik və bacarıqlar
- Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar
- Fikirlərini Azərbaycan dilində yazılı şəkildə aydın ifadə etmək və hesabat yazmaq bacarığı

Sertifikat tələbləri:
- Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CİA, ACCA, CİSA, COSO, CPA və s.) sertifikatlarına malik olmaq və ya mərhələ keçmək üstünlükdür

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.