AĞIR NƏQLİYYAT VASİTƏLƏRİ ÜZRƏ BAŞ MEXANİK

2000 - 2500 ₼

Əlaqə Məlumatları
Şəhər Sumqayıt
Yaş 30 - 45 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs HR
Telefon (012) 597-55-29
E-mail hr@we-forward.com
Elanın tarixi 29-11-2022
Bitmə tarixi 29-12-2022
İş barədə məlumat

- Hərəkətdə olan nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasını onun cədvələ uyğun xəttə çıxması və işin sonunda xətdən qayıdarkən qəbulu zamanı onun nasazlığının müəyyən edilməsini təmin etmək
- Xətlərdə nəqliyyat vasitələrinin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirmək, təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görmək
- Tabeliçiyində olan usta heyətinə və təmir prosesinə nəzarət etmək
- Ustalar arasında iş bölgüsü aparmaq və ehtiyyac yarandığı halda təmirə müdaxilə etmək
- Hərəkətdə olan nəqliyyat vasitələrinə xidmətin göstərilməsinin və təmirin aparılmasının cədvəlini işləyib hazırlamaq və bu işlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək
- Xətlərdə nəqliyyat vasitələrinə texniki yardımın göstərilməsində iştirak etmək
- Nəqliyyat vasitələrinin hərəkət hissələrinin ayrı-ayrı detallarının, qovşaqlarının vaxtından tez sıradan çıxmalarının səbəblərini müəyyən etmək üçün onların istismar şəraitini öyrənmək, hərəkət hissələrinin texniki vəziyyəti ilə əlaqədar boşdayanmalarının səbəbini və müddətini təhlil etmək, onların istismar müddətlərinin artırılması və texniki nasazlığının aradan qaldırılması üçün tədbirləri həyata keçirmək
- Nəqliyyat vasitələrinin növbəyə gedərkən və qayıdarkən cari vəziyyətini, əşya və aksesuarlarını qeydiyyata almaq, fotoşəkillərini çəkmək və sürücü ilə təhvil-təslim etmək
- Nəqliyyat vasitələrinin təmizliyini tələb etmək və izləmək
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək

Əmək Şəraiti:

- AR-nın ƏM - nə uyğun sənədləşmə
- İş Rejimi: Həftənin 6 günü
- Ünvan: Sumqayıt şəhəri, Sumqayıt şossesi

Namizədə tələblər

- Ali və ya orta texniki təhsil (mexanika mühəndisliyi, avtomatika mühəndisliyi və s)
- 3 il iş təcrübəsi (analoji sahə üzrə)
- Nəqliyyat vasitələrinin hərəkətdə olan hissələrinə texniki xidmətin göstərilməsi və təmirin aparılması üzrə müvafiq biliklər
- Nəqliyyat vasitələrini və qoşquların quruluşunu, texniki xarakteristikalarını, istismar qaydalarını, nəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsi və təmirin aparılması texnologiyasını bilmək
- Analitik təhlil etmə və problem həll etmə qabiliyyəti

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.